Ana səhifə / İqtisadiyyat / Los-Anceles-Moskva reysində aviaxuliqan: “Ermənistan mənim ölkəmdir…”

Los-Anceles-Moskva reysində aviaxuliqan: “Ermənistan mənim ölkəmdir…”

ABŞ-ın Los-Anceles şəhərindən Moskvaya uçan təyyarədə xuliqanlıq edən və  bu səbəbdən Kanadada təyyarədən endirilən şəxs 36 yaşlı Ermənistan vətəndaşıdır.

Virtualaz.org xəbər verir ki, həmin sərnişinin kimliyi göstərilmir. Təyyarə sərnişinin salonda “təhlükəli davranışlarına görə” Kanadanın şimal şəhəri İkaluitdə məcburi endirilib. Xuliqan yerli polisə təhvil verilib və o, gələn həftənin əvvəlində məhkəmə önünə çıxarılacaq. Həmin xuliqan təyyarədən endiriləndə “Ermənistan mənim ölkəmdir, Rusiya mənim ölkəmdir” deyə qışqırıb.

*   *   *10:44

ABŞ-ın Los-Anceles şəhərindən Moskvaya uçan sərnişin təyyarəsində xuliqanlıq edən sərnişinə görə pilot təyyarəni Kanadada təcili endirməli olub.

Virtualaz.org REN TV-yə istinadən xəbər verir ki, təyyarə Kanadada endikdən sonra xuliqanlıq edən sərnişini yerli polisə təhil veriblər. O, təyyarədən çıxarılanda da sakitləşmək istəməyib. Sərnişinlərdən birinin çəkdiyi videokadrlara əsasən aviaxuliqan qışqıraraq ingilis dilində deyir: “Rusiya mənim  ölkəmdir, Ermənistan mənim ölkəmdir”. Sərnişinin kimliyi və hansı ölkə vətəndaşı olduğu haqda məlumat yoxdur.

 

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın