Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Londonda terror aktında xəsarət alanlardan 21-nin vəziyyəti ağırdır

Londonda terror aktında xəsarət alanlardan 21-nin vəziyyəti ağırdır

Londonda terror aktı nəticəsində xəsarət alanlardan 21 nəfərin vəziyyəti ağırdır.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İngiltərə milli səhiyyə xidmətinin açıqlamasında bildirilir.

“İngiltərə milli səhiyyə xidməti bəyan edir ki, London körpüsündə yaralanan 21 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir”, məlumatda deyilir.

Ötən gecə “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb.

04.06.201720:37 94

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın