Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / İqtisadiyyat / Londonda sürücü avtomobili piyadaların üstünə sürüb, ölən və yaralananlar var – VİDEO

Londonda sürücü avtomobili piyadaların üstünə sürüb, ölən və yaralananlar var – VİDEO

Londonda piyadaları vuran maşından düşən şəxs bıçaqla azı bir nəfərə xəsarət yetirib.

APA-nın məlumatına görə, bu barədə “Evening Standard” qəzeti xəbər verib.

“Sky News” telekanalının hadisə şahidlərinə istinadən xəbərinə görə, insident zamanı avtomobildə 3 nəfər olub. Onlardan biri polis tərəfindən yaxalanıb, daha ikisi hadisə yerindən qaçıb. İnsident Böyük Britaniya paytaxtının şimal-şərq bölgəsində yerləşən məscidin yaxınlığında qeydə alınıb. Hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb.

Hadisə məscid yaxınlığında, möminlər gecə namazından çıxarkən baş verib. 1 nəfərin öldüyü, 10 nəfərin xəsarət aldığı bildirilir. İnsidentin terrorla əlaqəli olub-olmadığı araşdırılır.

Xatırladaq ki, martın 22-də Londonun mərkəzində sürücü avtomobillə bir neçə piyadanı vurub, daha sonra maşından düşərək polis əməkdaşını bıçaqla qətlə yetirib. Qatil hadisə yerində zərərsizləşdirilib. Terror aktı nəticəsində 4 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

İyunun 3-də isə “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 8 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Hadisəni törədən 3 nəfər polis tərəfindən güllələnib.

Həmçinin oxuyun

Azərbaycanı gözləyən inflyasiya proqnozu açıqlandı

Beynəlxalq Valyuta Fondu (IMF) “Global Economic Outlook” hesabatının oktyabr sayını geniş ictimaiyyətə təqdim edib. Hesabatda …

Bir cavab yazın