Ana səhifə / İqtisadiyyat / Londonda çoxmərtəbəli binada baş verən yanğında azı 50 nəfər xəsarət alıb, ölənlər var – VİDEO – YENİLƏNİB

Londonda çoxmərtəbəli binada baş verən yanğında azı 50 nəfər xəsarət alıb, ölənlər var – VİDEO – YENİLƏNİB

Londonda “Grenfell Tower” çoxmərtəbəli yaşayış binasında baş verən yanğında azı 50 nəfər xəsarət alıb, bir neçə nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə Londonun yanğınsöndürmə briqadasının komissarı Deni Kotton bildirib.

O, yanğını hələ də söndürə bilmədiklərinə görə, ölənlərin dəqiq sayının bilinmədiyini qeyd edib.

“29 ildir yanğınsöndürən işləyirəm, həyatım boyunca belə miqyasda yanğın görməmişdim. Çox böyük yanğındır”, – D.Kotton vuirğulayıb.

Şahidlərin sözlərinə görə, yanan binada hələ də insanlar var.

11:57

*******

Londonun qərbində çoxmərtəbəli yaşayış evi yanır, alov demək olar ki, bütün binanı bürüyüb. Şahidlər iddia edir ki, evlərdə insanlar sıxışıb qalıb.

Lancaster West Estate-də yerləşən Grenfell Towerdə yanğının başlaması barədə məlumat Britaniya vaxtilə saat 00:54-də yayılıb.

Saat 04:00-da polis deyib ki, “sakinlərin binadan təxliyəsi davam edir”.

Təxminən 200 yanğınsöndürən hələ də hadisə yerində yanğının söndürülməsi üçün çalışır.

Şəhər polisi bildirib ki, insanlar “bir sıra zədədən” müalicə olunub.

BBC-nin əməkdaşı Andy Moore-un sözlərinə görə, bütün bina alovun içindədir və binanın aşmaq təhlükəsi barədə qorxular var.

BBC-nin müxbiri Simon Lederman bildirib ki, onun başa düşdüyünə görə, “xeyli insan” itkin düşüb.

Hadisə şahidləri deyir ki, onlar binanın yuxarı hissəsində mobil telefonlardan və ya məşəllərdən yayıldığı ehtimal edilən işıqlar görüblər.

Digər şahidlər iddia edir ki, içəridə sıxışıb qalan sakinləri pəncərədə görüblər.

Simon Lederman deyir ki, yanğınsöndürənlər yuxarı mərtəbələrdəki alovu söndürə bilməyib.

Onun sözlərinə görə, yanan bina “kilometrlərlə məsafədən” görünür və bina onuncu mərtəbədən başlayaraq “nəzarətdən kənar yanır”.

 

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın