Ana səhifə / İqtisadiyyat / Liviyada toqquşmalar nəticəsində ölənlərin sayı artıb

Liviyada toqquşmalar nəticəsində ölənlərin sayı artıb

Liviyanın cənubunda baş verən silahlı toqquşmalar zamanı ölənlərin sayı artır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən silahlılar insident nəticəsində ölənlərin sayı 141-ə çatıb.

Daha əvvəl “Sky News Arabia” yerli həkimlərə istinadən 134 nəfər öldüyünü bildirmişdi.

Xatırldaq ki, mayın 18-də milli barışıq hökumətinin silahlıları Liviya milli ordusunun nəzarət etdiyi Brak-aş-Şati hərbi bazasına hücum edib.

Qeyd edək ki, Liviyada iki hakimiyyət mövvuddur. Ölkənin şərqində Tobruk şəhərində xalq tərəfindən seçilən parlament,  qərbdə isə Tripolidə BMT-nin və Avropanın dəstəyi ilə formalaşdırılmış milli barışıq hökuməti fəaliyyət göstərir.

Həmçinin oxuyun

Tikinti bazarında qiymətlər artacaq? – Ekspert

“Son aylar ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə tikinti şirkətləri arasında bəlli ziddiyyətlər yaranıb. …

Bir cavab yazın