Ana səhifə / İqtisadiyyat / Lirənin ucuzlaşması manat üçün risk yaradır? – ŞƏRH

Lirənin ucuzlaşması manat üçün risk yaradır? – ŞƏRH

“Lirənin ucuzlaşması, rus rublunun da məzənnə itkisi, təbii ki, manata təzyiq formalaşdırır. Diqqət çəkən əsas məqam dolların bahalaşmasıdır. Manata təzyiqlər olsa da, gələn il üçün dövlət büdcəsində, eyni zamanda, növbət il üçün planlarda manatın devalivasiyası nəzərdə tutulmur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli söyləyib. 

“Azərbaycanın ixrac gəlirləri əsasən neft, qaz, enerji sektorundandır və bu sahədə qiymətlər yüksəkdir, – deyə o bildirib. – Azərbaycanda vəziyyət ilin əvvəlində nəzərdə tutulandan daha yaxşıdır. Manatın devalivasiya riski yaxın gələcəkdə və növbəti ildə çox aşağıdır.

Bir məsələni də diqqətə çatdırım ki, Azərbaycan manatının məzənnəsi üzən məzənnə deyil. Mərkəzi Bankın qeydə aldığı məzənnədir. Mərkəzi Bank isə həmin xırda fluktasiyaları, tərəddüdləri manatın məzənnəsində əks etdirmir. Buna görə də, yaxın bir ildə neft qiymətlərinin yüksək olması şərtilə milli valyutanın, yəni manatın devalivasiyası real gözlənti deyil”.

İqtisadçı dövriyyəyə girən yeni yüksək nominallı əskinaslardan da danışıb:

“Hazırda rəsmi dövriyyədə yüksək nominallı əskinas buraxılmayıb. Buraxılanlar sadəcə xatirə üçün idi. Hazırda bütün dünya onlayn ödənişə keçir. Azərbaycan da nağdsız ödənişlərin artırılmasını əsas hədəf seçib. Yüksək nominallı əskinasların buraxılışı real deyil. Avropa Birliyi də 500 avroluq əskinası ləğv etdi, artıq dövriyyədə deyil.

Bütün bunları nəzərə alsaq, yeni yüksək nominallı manatın dövriyyəyə buraxılması ehtimal olunmur”.

Həmçinin oxuyun

“Yelo bank” müştərinin cibinə belə girir

“Yelo Bank” sizin məqsədiniz nədir? İnsanların cibinə girmək bu qədər asandı? Nə vaxta qədər həllini …