Şənbə , Oktyabr 31 2020
Ana səhifə / İqtisadiyyat / Leyla və Arif Yunuslar əməliyyatdan sonra sığınacaq ala bilərlər

Leyla və Arif Yunuslar əməliyyatdan sonra sığınacaq ala bilərlər

Müalicə olunmaq üçün Azərbaycanı tərk edən hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun Hollandiya hökumətindən sığınaq istəmələri barədə xəbər vermişdik. Niderlandın Xarici İşlər Nazirliyinə sığınacaqla bağlı edilən müraciətin üzərindən yarım ay ötsə də, müraciətə hələ də cavab verilməyib.

Yunusların bu ayın sonlarında əməliyyat olunacaqları deyilir. Əməliyyatdan sonra onların müraciətinin Hollandiya hökuməti tərəfindən cavablandırılacağı gözlənilir. Bu barədə musavat.com-a Yunusların vəkili Elçin Sadıqov məlumat verdi: “Hüquqlarını müdafiə etdiyim şəxslərin müraciətləri barədə məndə dolğun məlumat yoxdur. Amma onu deyə bilərəm ki, onların sığınacaq almaları üçün kifayət qədər əsasları var. Əsassız hesab etdiyimiz izah olunmamış hökmün icrası buna əsas verir. Bu barədə beynəlxalq təşkilatların çoxsaylı bəyanatları var. Bu baxımdan hesab edirəm ki, yaxın günlərdə sığınacaq verilməlidir və veriləcək də. Əldə etdiyim məlumata görə, onlar bu ay əməliyyat olunacaqlar. Əməliyyatla bağlı nəticələri gözləyirəm. Çox güman ki, sığınacaq məsələsi də əməliyyatdan sonra həllini tapacaq”.

Yunuslar barələrindəki hökmün 5 il şərti cəza ilə əvəzlənməsindən sonra ötən ilin sonlarında azadlığa buraxılmış və bundan bir müddət sonra Azərbaycanın birinci xanımı, deputat Mehriban Əliyevanın razılığı ilə müalicə olunmaq üçün ölkəni tərk ediblər. Hazırda Yunusların qızı Dinara Yunus Hollandiyada yaşayır və o 2009-cu ildən sığınacaq alıb.

Həmçinin oxuyun

Manata təhlükə varmı? – ŞƏRH

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsini sabit saxlayıb. Bu barədə faiz dəhlizinin parametrlərinə dair …

Bir cavab yazın