Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Leyla Əliyeva Moskvada iftar verdi

Leyla Əliyeva Moskvada iftar verdi

İyulun 3-də Moskvada “Poklonnaya qora”dakı məscidin yaxınlığında qurulmuş “Ramazan çadırı”nda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü təşkil edilib və iftar verilib.

” Azinforum.az ” AzerTac-a istinadən xəbər verir ki, Rusiya Müftilər Şurasının dəstəyi ilə təşkil olunan tədbirdə ictimai təşkilatların, Azərbaycanın bu ölkədəki səfirliyinin, Heydər Əliyev Fondunun Rusiyadakı Nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin və azərbaycanlıların digər diaspor təşkilatlarının nümayəndələri, eləcə də müxtəlif millətlərdən olan dindarlar, ümumilikdə 800-dən çox insan iştirak edib.

Əvvəlcə “İxlas” Fondunun nümayəndəsi Anas Məmmədov müqəddəs ayın mahiyyətindən, oruc tutmağın faydasından danışıb, habelə Ramazan bayramına həsr edilən şeirlər səsləndirilib. Müğənni Samir Salam dini mahnılar və xalq mahnıları ifa edib. Sonra müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub. Həmvətənlərimiz iftar süfrəsinə düzülmüş Azərbaycan milli yeməklərindən və şirniyyatlarından dadıblar.

“Ramazan çadırı” mədəni-xeyriyyə tədbiri çərçivəsində Azərbaycan Gecəsinin təşkilinə görəHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Moskva Müsəlmanları Ruhani İdarəsi adından ünvanlanan təşəkkür məktubu oxunub.

Tədbirdə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib. “Baku”, “AMOR”, “İrs” jurnallarının nüsxələri, multimedia diskləri, ölkəmizin gözəl məkanlarının əks olunduğu açıqcalar paylanılıb.

Xatırladaq ki, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi artıq 11-ci ildir ki, Rusiya Müftilər Şurasının “Ramazan çadırı” layihəsində iştirak edir və möminlər üçün iftar süfrəsi açır.

Leyla Əliyeva Moskvada iftar verdi

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın