Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Levon Ter-Petrosyan seçki nəticələrinin ləğvini tələb edir

Levon Ter-Petrosyan seçki nəticələrinin ləğvini tələb edir

Ermənistanın Keçmiş prezidenti Levon Ter-Petrosyanın liderliyi ilə yaradılmış “Konqres-EXR” seçki bloku aprelin 2-də keçirilmiş parlament seçkilərinin legitimliyini tanımadığı üçün apellyasiya şikayəti hazırlayaraq təqdim edib.

Musavat.com bununla bağlı erməni mətbuatına istinadən xəbər verir.

Blokun yekun toplantısında razılaşdırılnmış bəyanatda deyilir ki, l 2017-ci ilin aprelin 2-də Milli Məclisə keçirilmiş seçkilər hakimiyyət orqanlarının koordinasiyalı və kütləvi qanunsuzluqları şəraitində keçib. Bəyanatda deyilir ki, seçki gününün müəyyənləşdirilməsi ilə bağlı Konstitusiyanın müddəaları pozulub, seçki zamanı isə seçicilərin kütləvi şəkildə pulla alınması halları baş verib, səsvermənin məxfiliyi pozulub.

Blok bəyan edib ki, seçki günü saat 07.00-dan 13.00-dək, səsvermə zamanı ictimai nəzarətin qarşısını almaq məqsədilə seçki məntəqələri ilə canlı bağlantı kəsilib. “Bundan əlavə, təkrar səsvermə ilə bağlı çoxsaylı hallar mövcuddur. Eyni zamanda jurnalistlərə, müşahidəçilərə və etibarlı şəxslərə qarşı zorakılıq halları baş verib”.

“Konqress-EXP” habelə, bəyan edib ki, seçkilərdə müşahidə missiyasını həyata keçirən “Vətəndaş müşahidəsi” ictimai təşkilatının nümayəndəsi Tiqran Yeqoryanın 2 aprel seçkiləri ilə bağlı MSK-ya və Ermənistanın Konstitusiya Məhkəməsinə şikayət etməsinə razılıq verib.

Şikayət ərizəsində 2 aprel 2017-ci il seçkilərinin nəticələrinin etibarsız sayılması və nəticələrin ləğvi istənilir.

Qeyd edək ki, Ermənistan MSK seçkilərlə bağlı yekun qərarını sabah, 9 apreldə verməlidir. Nəticələr təsdiqlənsə, parlament aprelin 27-də toplanacaq.

Nəticələrə görə, hakim Ermənistan Respublika Partiyası 49,12 % səslə parlamentə düşən 4 siyasi təşkilatdan birincisidir. Levon Ter-Petrosyanın blokuna isə 1,65% səs verilib.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın