Çərşənbə , İyul 28 2021
Ana səhifə / İqtisadiyyat / “Lavrovu işdən çıxarmaq lazımdır” – Jirinovski

“Lavrovu işdən çıxarmaq lazımdır” – Jirinovski

Hazırkı beynəlxalq durumu nəzərə alaraq Rusiya daha sərt xarici siyasət həyata keçirməlidir.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski bəyan edib.

“Beynəlxalq problemlər qalır və biz hesab edirik ki, daha sərt xətt, mövqe lazımdır. Əgər mən prezident olsaydım, nədən başlayardım: Mən xarici işlər nazirinin dəyişdirilməsindən başlayardım. O, artıq mövcud vəziyyətə yaramır. Bu gün ondan daha yaxşı olacaq başqa bir adam lazımdır”, – deyə Jirinovski jurnalistlərə bildirib.

Bu arada Jirinovski hazırkı XİN rəhbəri Sergey Lavrovun xələfi kimi görmək istədiyi şəxsin adını açıqlamayıb.

Həmçinin oxuyun

Prezidentin xəbərdarlığı ilə bağlı nazirlikdən açıqlama: Pullar hara xərclənib?

İyulun 25-də Prezident İlham Əliyev öz rəsmi Tvitter səhifəsində məmurlara müraciət edərək «nəzarətsiz xərclərlə» bağlı …

Bir cavab yazın