Ana səhifə / İqtisadiyyat / Lavrov: “Bəzi ölkələrin liderləri Moskvaya gəlməyə risk etmir”

Lavrov: “Bəzi ölkələrin liderləri Moskvaya gəlməyə risk etmir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir sıra xarici ölkə liderinin və nümayəndəsinin Moskvada Qələbə günü münasibətilə təşkil olunacaq təntənəli tədbirlərdə iştirakdan imtina etməsinə münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, XİN rəhbəri “Rossiya 24” telekanalına müsahibəsində deyib ki, bəzi xarici dövlətlərin başçıları faşizmin üzərində Qələbənin 70 illiyi şərəfinə təntənəli tədbirlərdə iştirak üçün Moskvaya gəlməyə qorxdular.

O söyləyib ki, kimi ideoloji fikirlərə görə imtina etdi, kimi təmkinlilik göstərməyi üstün tutdu, kimi Rusiyanın təcrid olunması xəttini tutaraq bu addımı atdı, kimi də qorxdu. Ona görə, bir sıra dövlət və hökumət başçısının gəlməməsi bizə təsir etmir. Əsas odur ki, bu bayram çox ölkələrdə qeyd olunur.

Xatırladaq ki, Finlandiya, Polşa, ABŞ, Sloveniya, Gürcüstan, Böyük Britaniya, Bolqarıstan, Çernoqoriya və digər ölkələrin dövlət və hökumət başçıları Moskvaya gəlməkdən imtina ediblər. Amma 26 ölkə isə mayın 9-da Rusiya paytaxtında təmsil olunacağını təsdiqləyib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın