Şənbə , İyul 20 2019
Ana səhifə / İqtisadiyyat / Lari rekord həddə ucuzlaşdı

Lari rekord həddə ucuzlaşdı

Gürcüstanın milli valyutası lari rekord həddə ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, ölkənin Milli Bankının məlumatına görə, 1 dolların alışı 2,8320 lari, satışı isə 2,9096 lari təşkil edir. Bununla da, lari gün ərzində 2,7 faizdən çox dəyər itkisinə məruz qalıb. 

Qeyd olunur ki, larinin kəskin ucuzlaşmasına səbəb Rusiya Prezidenti Vladimir Putinin 21 iyunda imzaladığı 8 iyuldan etibarən Rusiya aviaşirkətlərinin rusları Gürüstana daşımamağını nəzərdə tutan fərmanla bağlıdır. Bundan sonra turoperator və turagentliklərinə Gürcüstana səyahət üçün bilet satmamaq təklif edilib. 

Eləcə də, bir neçə gün öncə Gürcüstanın müxalif “Rustavi 2” kanalının aparıcısı Georgi Qabuniyanın Putinin və valideylərinin ünvanına səsləndirdiyi qeyri-etik söz və söyüşlərdən sonra Dövlət Duması bu ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməyi təklif edib. Rusiya lideri məhdudlaşdırıcı tədbirlərə qarşı çıxıb.

Həmçinin oxuyun

TAP-ın 88,5%-i tamamlanıb

İyunun sonuna Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) üzrə işlərin 88,5%-i …