Ana səhifə / İqtisadiyyat / Lapşin Dağlıq Qarabağa getdiyini təsdiqlədi

Lapşin Dağlıq Qarabağa getdiyini təsdiqlədi

Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinin hüquqlarını müdafiə edəcək yeni vəkili Eduard Çernin bu gün müdafiə etdiyi şəxslə görüşüb.
Bu barədə APA-ya vəkil özü bildirib. Görüş Bakı İstintaq Təcridxanasında baş tutub.

Vəkil deyib ki, A. Lapşin səhhətində hər hansı problem olmadığını bildirib, saxlanma şəraitindən şikayət etməyib.
O, vəkilə Dağlıq Qarabağa getdiyini təsdiq edib.

Qeyd edək ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Eduard Çernin A. Lapşinin şəxsi istəyi ilə onun müdafiəsinə qoşulduğunu deyib.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın