Ana səhifə / İqtisadiyyat / Lənkəranda barama yığımı başladı: 25 il sonra ilk dəfə… (FOTOLAR)

Lənkəranda barama yığımı başladı: 25 il sonra ilk dəfə… (FOTOLAR)

Bu il Lənkəranda barama yığımına başlanılıb.
Aztoday.az xəbər verir ki, 25 ildən sonra Lənkəranda ilk dəfə barama yığımı həyata keçirilib. Rayonun ən böyük fermerlərindən biri olan Elxan Həsənov fərdi təsərrüfatında barama yetişdirməyə müvəffəq olub. Sahibkarın sözlərinə görə, barama yığımı üçün təsərrüfatında 30-a yaxın şəxs çalışıb:
“İşçilərin hər birinin fəaliyyətindən çox razıyam. İpək qurdlarına yaxşı qulluq göstərildiyi üçün keyfiyyətli məhsul əldə etmişik. Planlaşdırdığımızdan daha çox barama yığımına nail olmuşuq. Artıq yığdığımız məhsulu təhvil verməyə başlamışıq”
Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Lənkəranda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində ciddi işlər görülməkdədir. Son illər Lənkəranda ilk dəfə barama yığımına başlanılması bunu göstərir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …