Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Ləğv olunan bankların əmlakı satışa çıxarıldı

Ləğv olunan bankların əmlakı satışa çıxarıldı

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakı satışa çıxarır.

Virtualaz.org fonda istinadən bildirir ki, yanvarın 16-da ləğv prosesində olan QSC “Standard Bank” KB-nin balansında olan 1 (bir) ədəd “Daewoo Nexia”, 6 (altı) ədəd “Mitsubishi Lancer”, 6 (altı) ədəd “Toyota Corolla”, 1 (bir) ədəd “Toyota Avalon”, 3 (üç) ədəd “Hyundai Accent” markalı avtomobillər, 1(bir) ədəd “Fiat Doblo Cargo” və 1 (bir) ədəd “Mersedes-815” yük avtomobilləri, 2 (iki) ədəd bankomat və 1 (bir) ədəd embosser satışa çıxarılır.

Ləğv prosesində olan “Atrabank” ASC-nin balansında olan 1 (bir) ədəd “Ford Focus”, 1 (bir) ədəd “Mitsubishi Pajero” markalı avtomobillər və 2 (iki) ədəd embosser hərraca çıxarılır.

Bundan başqa, ləğv prosesində olan “Kredobank” ASC-nin balansında olan qeyri-yaşayış sahəsi və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansında olan bağ evi satışa çıxarılır.

Qeyd edək ki, “Kredobank” ASC-nin balansında olan qeyri-yaşayış sahəsi 250.150,00 manat, bağ evi isə 150.150,00 manatdır.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …