Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / İqtisadiyyat / Ləğv edilən dövlət Agentliyinin büdcəyə 90 min manatdan çox borcu var

Ləğv edilən dövlət Agentliyinin büdcəyə 90 min manatdan çox borcu var

Ləğvetmə prosesində olan Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) dövlət büdcəsinə 90,44 min manat vergi borcu var.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.

Xatırladaq ki, ABOEMDA Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 iyun 2012-ci il Fərmanı ilə yaradılıb.

2019-cu il yanvarın 14-də ölkə başçısı tərəfindən imzalanmış Fərmanla Agentlik ləğv olunub.

Həmçinin oxuyun

Karantin “Microsoft”un xalis mənfəətini 30% artırmasına yardım edib

“Microsoft” 30 sentyabr tarixində sona çatan 2021-ci maliyyə ilinin ilk rübünün yekunlarını açıqlayıb. Bu üç …