Ana səhifə / İqtisadiyyat / Kvirikaşvili: “Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının artırılması üçün yeni layihələr hazırlanır”

Kvirikaşvili: “Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının artırılması üçün yeni layihələr hazırlanır”

Bu gün Gürcüstanın Baş naziri azərbaycanlıların yığcam yaşadıqları Rustavi yaxınlığındakı “Qardabani 2” İstilik Elektrik Stansiyasında tikinti işlər ilə maraqlanıb.

Azərtac xəbər verir ki, Baş nazir çıxışı zamanı bir sıra vacib məsələlərə, o cümlədən böyük İpək yolu, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinə də toxunub.

Hökumət başçısı deyib ki, bir zamanlar xəyal kimi görünən “Bir kəmər – bir yol” layihəsi bu gün uğurla inkişaf edir”.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri işlədiyi zamanda Çin Xalq Respublikasına səfərini və bu səfər çərçivəsində keçirdiyi görüşləri xatırladan Baş nazir deyib: “Həmin səfər zamanı biz, Çin tərəfi ilə “bir kəmər – bir yol” layihəsinə dair memorandum imzaladıq. Biz, həmçinin yüklərin Gürcüstan dəmir yolu vasitəsilə daşınması barədə razılıq əldə etdik. Bu razılaşma və sənədləşmədə yüklərin Çindən Qazaxıstan ərazisinə, oradan Xəzər dənizindən keçməklə Azərbaycana və Gürcüstana çatdırılmasının 9-10 günə başa çatması hamı tərəfindən razılıqla qarşılanmışdı. Bu çox uğurlu bir layihədir və logistik yolun inşası nəticəsində biz həmçinin yüklərin Cənubi Koreyadan 12 günə Gürcüstana çatdığının da şahidi olduq. Bu böyük İpək yolu layihəsinin bərpasının tam sübutudur”.

G. Kvirikaşvili bildirib ki, bu marşrutun davamlı olması üçün Gürcüstan yeni avtomobil yollarının tikintisi, dəmir yolu və dərin hövzəli Anakli limanının modernləşdirilməsi, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının artırılması üçün yeni layihələr hazırlayır.

Həmçinin oxuyun

“Büdcə gəlirlərinin və xərclərinin artımı 7 illik rekordu yeniləyib”- Hesablama Palatası

2018-ci il üzrə dövlət büdcəsinin proqnozlaşdırılması prosesində ÜDM-in real ifadədə artımı 1,5%, hesabat ilinin 9 …