Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Kürdlər “çəkilmirik” dedi, vəziyyət dramatikləşdi

Kürdlər “çəkilmirik” dedi, vəziyyət dramatikləşdi

Türkiyə ordusunun Suriyanın şimalına daxil olmasından və türk tanklarının dəstəyi ilə müxalif Azad Suriya Ordusunun Cerablus qəsəbəsini İŞİD-dən azad etməsindən sonra PKK-ya bağlı YPG kürd silahlı birləşməsi Fərat çayının şərq sahilinə çəkilməyəcəyini bəyan edib.

Belə ki, YPG sözçüsü Redur Xəlil Fərat çayının qərb sahillərində onların nəzarətində olan ərazilərdən heç bir halda çəkilməyəcəklərini, heç kimin kürdləri buna məcbur edə bilməyəcəyini deyib.

Kürdlərin Fərat çayının qərb sahilinə keçməməsi Ankaranın Suriyanın şimalında başlatdığı hərbi əməliyyatların əsas məqsədidir. Əməliyyatın adının “Fərat qalxanı” qoyulması da buna işarədir. Əgər YPG çayın qərb sahilindəki əraziləri tutarsa PYD kürd birləşmələrinin qüvvələri ilə birləşəcəklər və Suriyanın Türkiyə ilə sərhədi boyu “kürd dəhlizi” yaranacaq. Bu isə gələcəkdə Suriyanın şimalında kürd muxtariyyətinin, yaxud dövlətinin meydana çıxması təhlükəsini yaradır.

YPG sözçüsü bildirir ki, Türkiyənin hərbi əməliyyatları İŞİD-ə qarşı yox, kürdlərə qarşı yönəlib. “Heç kim bizim öz torpaqlarımızdan geri çəkilməyimizi istəyə bilməz”-Redur Xəlil “Amerikanın səsi”inə bildirib.

Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu bir gün əvvəl keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Menbiç qəsəbəsinin İŞİD-dən təmizlənməsi əməliyyatında iştirak edən YPG qüvvələri Fərat çayının şərq sahilinə çəkilməlidir. Onun sözlərinə görə, ABŞ da kürdlərin çayın şərq sahilinə çəkiləcəyinə dair Ankaraya vəd verib. “Əgər YPG Fərat çayının şərq sahilinə keçməsə Türkiyə ordusunun hədəfi olacaq”-nazir bildirib.

ABŞ vitse-prezidenti Cozef Bayden də YPG-nin çayın qərb sahillərinə keçməməli olduğunu bildirib. Bayden deyib ki, əgər kürdlər bu şərtə əməl etməsələr ABŞ aviasiyası onları havadan dəstəkləməyəcək.

İndi YPG-nin Fərat çayının qərb sahilindəki mövqelərini əldə saxlamaqda israr etməsi vəziyyəti dramatikləşdirir və Türkiyə ordusunun Suriyanın şimalında təkcə İŞİD-lə yox, kürdlərlə də qarşılaşması riskini yaradır. Hansı ki, YPG-nin yüksək döyüş hazırlığına malik silahlı dəstələri var və onlar Amerika tərəfindən dəstəklənir.Habelə Rusiya kürdləri Suriyanın şimalında əsas aktyorlardan biri kimi qəbul edir.

Virtualaz.org

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın