Bazar , Yanvar 24 2021
Ana səhifə / İqtisadiyyat / Kreditlərlə bağlı sualınızı nazirliyə buradan birbaşa yazın

Kreditlərlə bağlı sualınızı nazirliyə buradan birbaşa yazın

Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində problemli kreditlərlə bağlı vətəndaşların müraciəti üçün xüsusi bölmə yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, bölmədə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla əlaqədar vətəndaşlar tərəfindən tez-tez verilən suallara cavab tapmaq, eləcə də yeni sual ünvanlamaq mümkündür.

Həmçinin bölmədə fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar güzəşt kalkulyatoru da fəaliyyət göstərir.

Həmçinin oxuyun

Ötən il azərbaycanlılar Türkiyədə 1279 ev alıb

2020-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 1279 daşınmaz əmlak alıb. Türkiyə Statistika Komitəsi bildirir ki, ötən …