Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / İqtisadiyyat / Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib

Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, oktyabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12302,4 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumi kredit portfelinin 9838,9 milyon manatı və ya 80,0 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1748,7 milyon manat olub və ümumi kredit portfelinin 14,2 faizini təşkil edib.

Həmçinin oxuyun

Deputatdan “Türkiyəyə yatırım edək” çağırışı

Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün apardığı Vətən müharibəsində ən böyük dəstəyi qardaş Türkiyədən …