Cümə , Fevral 3 2023
Ana səhifə / İqtisadiyyat / Krediti olanlara mühüm xəbər – Video

Krediti olanlara mühüm xəbər – Video

Kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilir.

Millət vəkili Vüqar İskəndərov deyib ki, kreditlərin qaytarılmasında müəyyən problemlər yaşanır, ödəniş müddətində gecikmə qeydə alınır. Bu zaman isə kredit üzrə əlavə faizlərin, başqa sözlə, cərimənin ödənilməsi qaçılmaz olur. Ona görə də qanunvericiliyə dəyişiklik edilir. Dəyişikliyə əsasən, borclunun pul məbləğini ödəməsini gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Başqa sözlə, bankın müştərini sıxışdırmasına imkan verilməyəcək.

Millət vəkili deyib ki, dəyişiklik bu gün  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin keçirilən iclasında  müzakirə edilib: “Dəyişikliklər bu sahədəki  problemləri aradan qaldırmağa istiqamətlənib”.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Həmçinin oxuyun

Azərbaycanda kredit faizləri yenidən arta bilər

“Mərkəzi Bankda hesab edirlər ki, depozit gəlirlərində güzəştlərin ləğvindən sonra banklar həmin xərci öz depozit …