Ana səhifə / İqtisadiyyat / Kredit ödəməmək üçün plastik əməliyyat etdirdi

Kredit ödəməmək üçün plastik əməliyyat etdirdi

Çinli qadın banka 3,7 milyon dollar borcu olduğuna görə plastik əməliyyat etdirib.

Hadisə Çinin Uxan şəhərində baş verib. Məhkəmə 59 yaşlı qadının banka olan 25 milyon yuan ( 3,7 milyon dollar) borcunun ödəməsi ilə bağlı qərar çıxarıb.

Bundan sonra qadın pulu qaytarmamaq üçün plastik əməliyyat etdirib. Onu saxta sənədlərlə qatara bilet alarkən yaxalayıblar. Qadının xeyli cavan göründüyünü görən polislər çox təəccübləniblər.

Qeyd edək ki, bu il ərzində Çində banka olan borcunu ödəmək istəməyən 180 nəfər saxlanılıb. (AzVision.az)

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın