Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Kredit kartının yaranma səbəbi və tarixi

Kredit kartının yaranma səbəbi və tarixi

Dünyada ilk kredit kartı 1920-ci ildə Amerikada istifadə olunmağa başlanılıb. Kredit kartının istifadəsi Amerikada avtomobil sahiblərinin yanacağa olan tələbatının artmasıyla ortaya çıxıb. 
Bu kartlar insanlara daha asan şəkildə yanacaq ehtiyaclarını təmin etməyə imkan yaradıb. Belə kartları ilk dəfə müştərilərə pulsuz təklif edən şirkət isə Western Union şirkəti olub. Daha sonralar 1934-cü ildə Amerika Hava Daşıma birliyi öz müştərilərinə “Hava Səyahət Kartı” təklif etməyə başladı. İlk dəfə bu kartlarda müştəriyə aid nömrələmə sistemi tətbiq olunub. 1948-ci ildə “Air Travel Card” olaraq adlandırılan bu kart bütün dünyada şirkətin üzvləri tərəfindən istifadə olunmağa başladı və eyni zamanda “Dünya üzrə tanınan ilk kart” olaraq tarixə keçdi.
Kartın yaradıcısı Amerika tərəfi olduğu üçün kredit kartlarının ilk formasını “Bank Americard” irəli sürmüşdür. Bu baxımdan Bank Americard ilk kredit kartı olaraq qeyd olunur.
Amerikadan sonra İngiltərə də 1970-ci ildə Barclaycard adıyla kredit kartı istifadəyə verdi. 1974-cü ildə İnternational Bank Americard qurulmuş və 1977-də adı VİSA olaraq dəyişdirilmişdir. 1992-ci ildə ilk dəfə  Avropada “Europay İnternational” adlı Master Card ortaya çıxmışdır. (banco.az)

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …