Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / “Kredit faizləri artacaq” – EKSPERT

“Kredit faizləri artacaq” – EKSPERT

“Depozit faizlərini artırırlarsa, biz bunun geridönüşünü kredit faizlərinin artması ilə müşahidə edəcəyik”.

Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.Onun sözlərinə görə, əmanətlərin vergidən azad edilməsinə 2016-cı ildə güzəştin tətbiq edilməsinin əsas səbəbi 2015-ci il devalvasiyası idi:
“Devalvasiyanın mənfi təsirlərinin azaldılması üçün 7 illik güzəşt banklara olan inamı artırdı. Nəticədə 33,2%-lik bir artım müşahidə edildi. Hesab edirəm ki, bu güzəştin vaxtı uzadılmasa, əks-effekt yaranacaq. Daşınmaz əmlak qiymətlərində müəyyən artımlar ola bilər. Çünki insanlar öz vəsaitlərini saxlamaq üçün istiqamət axtarırlar. Onsuz da inflyasiya bankların təqdim etdiyi devalvasiya faizlərini yeyir. Bunun da üzərinə vergini gəldikdə banka əmanətin yatırılması sərfəli olmur. Bu baxımdan həmin əmanətlər daşınmaz əmlak bazarına yönələ və orada canlanmaya gətirib çıxaracaq”.
Eldəniz Əmirov hesab edir ki, faiz tətbiqindən sonra əmanətlərin azalması banklar üçün müəyyən problemlər yarada bilər:
“Hesab edirəm ki, cəlbediciliyi saxlamaq üçün depozit faizlərində nisbətən artımlar tətbiq edilə bilər. Nəticədə güzəştin ləvğ edilməsinin mənfi təsirləri aradan götürülər. Bütün hallarda bankların hansı alternativ üsullardan istifadə edəcəyindən asılı olmayaraq, depozitlərə tətbiq ediləcək vergi depozit həcmlərinin artım dinamikasına mənfi təsir göstərəcək. Depozit həcmləri çox azalsa, o zaman onları cəlb etmək üçün faizlər daha çox artırılacaq. Eyni zamanda kredit faizlərinin artmasını müşahidə edəcəyik. Bu da kredit götürən tərəflərə mənfi təsir göstərəcək. Mən hesab edirəm ki, depozit faizlərinin, o cümlədən kreditlərin faizlərinin artımı 1 və 1,5 %-ə qədər mümkündür”.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …