Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / İqtisadiyyat / Kredit borcuna görə meşədə gizləndi – Fotolar

Kredit borcuna görə meşədə gizləndi – Fotolar

Rusiyanın Kostroma şəhər sakini banka olan borcuna görə meşədə qurduğu sığınacaqda gizlənib.

Belə ki, 38 yaşlı Rusiya vətəndaşının meşədə gizlənməsinin əsas səbəbi isə qiyamətin qopacağı haqqında xəbərlərdən qorxması olub. Qiyamət haqqında xəbərlərdən təsirlənən Kostroma sakini düşünb ki, meşədə gizlənsə, qiyamət bəlalarından xilas ola bilər. Bu istəyini gerçəkləşdirmək üçün bankdan bir miqdarda kredit çəkər meşədə sığınacaq qurub. Daha sonra banka olan kredit borcunu ödəyə bilmədiyi üçün sığınacaqda məskunlaşıb.

Bir vətəndaşın meşədə qanunsuz ağac kəsilməsi ilə bağlı məlumatını dəqiqləşdirməyə gedən polislər meşədə iki sığınacaq aşkar ediblər. Daha sonra isə sığınacaqların sahibini tapıblar.

Meşədə gizlənən rus birinci qurduğu sığınacağın güclü sel nəticəsində yararsız hala düşdüyünə görə daha bir sığınacaq da düzəldib. İkinci sığınacaq da üzərindəki ağırlığa tab gətirmədiyinə görə bir qədər çöküb.

Kostromalı rus sığınacağın tikintisi, yanacaq, batareya, günəş batareyası və başqa alətlər almaq üçün bankdan 80 min rubl kredit götürüb. Götürdüyü krediti ödəmədiyinə görə icra məmurları onu axtaranda isə çıxış yolunu həmin sığınacaqda gizlənməkdə görüb. Ancaq sığınacaqlarının uçduğuna görə kostromalı qohumlarının evinə sığınmağa məcbur qalıb.

Meşədəki həyatı haqqında polislərə danışan rus meşəyə gedərkən özüylə iki toyuq apardığını deyib. İlk günlərdə toyuqları yeyib qurtarandan sonra isə acından ölməmək üçün ağac budaqlarını suda bişirib yeyib. O, polislərə tualet problemi yaşamadığını da deyib.

Meşəyə sığınan rusun yeni hədəfi isə böyük su daşqınlarından xilas olmaq üçün gəmi inşa etməkdir.

Moderator.az

Həmçinin oxuyun

Pomidor böhranı necə həll olunacaq? – ŞƏRH

2019-cu ilin təsərrüfat mövsümü  qlobal iqlim dəyişikliklərilə müşahidə olunur. İlkin yazda aramsız yağıntılar tumlu meyvə …

Bir cavab yazın