Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Kral ailəsi, generalların arvadları, NATO rəsmiləri İran hakerlərinin hədəfində…

Kral ailəsi, generalların arvadları, NATO rəsmiləri İran hakerlərinin hədəfində…

Avropanın hakimiyyət orqanları İranın qüdrətli İnqilab Keşikçiləri Qvardiyasına bağlı olduğu düşünülən kibercasusluq kampaniyasına qarşı hərəkətə keçib.

“Reuters” xəbər verir ki, kibercasus qrupunun 1600 hədəfi arasında Səudiyyə kral ailəsinin üzvləri və adları çəkilməyən ölkələrdəki “generalların arvadları” var.

Təhlükəsizlik ekspertlərinin “Rocket Kitten” adlandırdığı haker qrupu 2014-cü ilin əvvəllərindən bəri məşhur siyasətçilərə və hərbi fiqurlara qarşı kiberhücumlar həyata keçirir.

Bu barədə məlumatı “Reuters” agentliyinə kibercasus qrupunun fəaliyyətini izləyən ekspert firmaları verib.

Avropanın əks-tədbirləri Tehranı Səudiyyə Ərəbistanına, İsrailə, Türkiyəyə, Birləşmiş Ştatlara və hətta onun müttəfiqi Venesuelaya aid həssas kəşfiyyat məlumatları toplamaq imkanından məhrum edə bilər. İrana bağlılığı düşünülən haker qrupu məhz bu ölkələri hədəfləyib.

Müştərək ABŞ-İsrail “Check Point Software” təhlükəsizlik firması bildirib ki, sözü gedən kibercasus qrupunun 1600 məşhur hədəfi arasında Səudiyyə kral ailəsinin üzvləri, İsrailin nüvə alimləri, NATO rəsmiləri, iranlı dissidentlər və hətta adları çəkilməyən ölkələrdəki “generalların arvadları” var.

“Check Point Software” firmasından Shahar Tal “Reuters”ə müsahibəsində deyib ki, casus kampaniyasının daxili mexanizmlərini açmaq mümkün olub.

Şirkət bildirib ki, haker qrupuna aid məlumatları Britaniya, Almaniya və Hollandiyadakı kompüter təhlükəsizliyi orqanlarına ötürüb. Bu orqanlar isə öz növbələrində İrandan aparılan hücumları həyata keçirən “komanda-nəzarət” serverlərinin məkanlarını müvafiq ölkələrin polis xidmətlərinə çatdırıblar.

“Europol” və FTB bu xəbərlər barədə hələlik heç bir şərh verməyib. İsrailin Shin Bet xarici kəşfiyyat idarəsi isə deyib ki, bu kimi hücumlar onlara yaxşı tanışdır və daim monitorinq edilir.

“Check Point” bu barədə hesabatı gələn bazar ertəsi açıqlamağa hazırlaşır. Bu hesabatın bəzi təfərrüatları “Reuters”ə verilib. Orada haker qrupunun hücumlar üçün istifadə etdiyi məsafədən idarə olunan kompüterlərin şəbəkə xəritəsi də var.

Avropa hakimiyyət orqanlarının əlaqəli əks-tədbirləri nəticəsində Avropanın beş kommersiya məlumatı bazası və peyk kommunikasiyaları operatorlarının hamısı qapadılıb. Hakerlər bu operatorların xəbəri olmadan onların şəbəkələrinə sirayət edə bilmişdilər.

Təhlükəslzik firması bildirir ki, bu tədbirlər yeni kiberhücumların qarşısını ən azı bir neçə ay ərzində ala biləcək.

“Rocket Kitten” haker qrupu Avropadakı serverlərdən Səudiyyə Ərəbistanı, İsrail, Avropa, Birləşmiş Ştatlar, Venesuela və hətta İranın özündəki hədəflərə məsafədən idarə olunan hücumlar təşkil edə bilirdi.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın