Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Kral 18 gün üçün “Mardan Palas” otelinə 18 milyon ödəyəcək

Kral 18 gün üçün “Mardan Palas” otelinə 18 milyon ödəyəcək

G20 sammiti üçün Türkiyəyə səfər edəcək olan Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləziz Səud Antalyadakı “Mardan Palace” otelini 18 günlük bağladıb.
Axar.az xəbər verir ki, kral otel rəhbərliyinə bu müddət üçün 18 milyon dollar ödəyəcək.
Səudiyyə kralı 1000 nəfərlik heyətlə sammitdən bir neçə gün öncə gələcək və günlər sonra Türkiyədən gedəcək.
Səudiyyənin təhlükəsizlik orqanları kralın səfərindən öncə oteldə xidmət edəcək şəxslərə təlimlər keçəcəklər.
G20 sammiti 14-16 noyabrda baş tutacaq.
Qeyd edək ki, əslən azərbaycanlı Telman İsmayılovun tikdirdiyi “Mardan Palace” bir neçə gün öncə “Halk Bank”a satılıb. 719 milyon lirəyə (təxminən 257 milyon dollar) satışa çıxarılan otel üçün bank 360 milyon lirə (129 milyon dollar) ödəyib. 1,4 milyard dollara başa gələn otel uzun müddətdir maliyyə problemləri yaşayır.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın