Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Kosta Rika prezidenti müsahibə verərkən arını uddu – VİDEO

Kosta Rika prezidenti müsahibə verərkən arını uddu – VİDEO

Kosta Rika Respublikasının prezidenti Luis Gilyermo Solis jurnalistlərə müsahibə verən zaman arını udub.

ABC 6 telekanalı məlumat verir ki, prezident jurnalistlərə müsahibə verən zaman ağzına girməyə çalışan arını udub. O ölkənin cənub hissəsində beton zavodunun açılışı münasibətilə çıxış edərkən belə bir hadisə olub. Lakin prezident özünü itirməyib. “Mən onu uddum. Mən arını uddum. Hər gün belə olmur. Təmiz zülaldır”,- deyə Solis zarafat edib.

Sonra prezident su içib.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın