Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / İqtisadiyyat / “Koronavirus” dünyanın avtomobil nəhənglərini də “vurdu”

“Koronavirus” dünyanın avtomobil nəhənglərini də “vurdu”

“Koronavirus” bəlası dünyanın iri avtomobil istehsalçılarını Çindəki zavodlarının faliyyətini müvəqqəti də olsa bağlamağa vadar edib.

Onlardan bəziləri indidən gəlirlərinin azaldığını bildirir.

“BMW” Şenyandakı zavodunu ancaq bu il fevral ayının 17-də açacağını, “Daimler” isə Pekindəki sərnişin avtomobillərinin istehsal zavodunu fevralın 10-da bərpa edəcəyi barədə məlumat verib.

“Fiat Chrysler” Çindən gətirilən bəzi detalların tədarükündə yaşanan çətinliklərin Avropadakı zavodlarının işini ən az 3-4 həftə dayandırdığını bəyan edib.

“Ford Motor” çinli partnyoru “Chongqing Changan Automobile” ilə birlikdə Çunjin və Quançjoudakı avtomobil istehsalını ən yaxşı halda fevralın 10-da açmağı planlaşdırır.

“Honda” Çindəki ticari tərəfdaşı “Dongfeng Motor Group” ilə birlikdə Uxan şəhərindəki 3 zavodunun işini 13 fevraldan etibarən bərpa edəcəyini təsdiqləyib.

Bu yaxınlarda “Fiat”la birləşdirilməsi planlanan “PSA Peugeot Citroen” şirkəti də eyni şəhərdə, yəni Uxandakı 3 yeni zavodunu fevralın 14-ə qədər qapalı tutacaq.

Elektrik avtomobili sənayesinin flaqmanlarından “Tesla” isə Şanxaydakı istehsalın ləngiməsinin gəlirlərinə zərbə vuracağını bəyan edib.

Bundan başqa, Tesla “Model 3” sedan tipli avtomobillərinin bu zavoddakı istehsalını da dayandırıb. Şirkət indi bütün bu gəlişmələrin özünün Kaliforniyadakı zavodlarına mənfi təsirlərini araşdırır.//musavat.com

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …