Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / İqtisadiyyat / Koronavirus Azərbaycanda kimlərin gəlirini kəskin artıra bilər…

Koronavirus Azərbaycanda kimlərin gəlirini kəskin artıra bilər…

Bəs Azərbaycanda tərəvəz yetişdirilən istixanalar bu vəziyyətdən necə faydalanırlar? Pomidor ixracında artım varmı?

“Grow Group Azerbaijan” MMC-nin nəzdində fəaliyyət göstərən Bakı İstixana Kombinatı Rusiyanın ucqarlarına məhsul ixrac etmədiyinə görə, ixracda dəyişiklik baş verməyib. Bunu şirkətin satış meneceri Rasim Şıxəliyev bildirib.

“Mən Moskvadan dünən qayıtmışam, Bakıda qiymətlər necədirsə, orada da eynidir, heç bir artımdan söhbət getmir. Bizim şirkət Rusiyanın digər əyalətlərinə pomidor ixrac etmir, çünki sifarişlər yoxdur. Ona görə də, bizdə ixracda dəyişiklik yoxdur”, – R. Şıxəliyev deyib.

Hazırda Rusiyaya 5 çeşiddə pomidor ixrac etdiklərini deyən satış meneceri qiymətlə bağlı məlumat verməkdən imtina edib.

“Buta Agro” şirkətinə məxsus “Aztomato” istixanalarında yetişdirilən yerli pomidorun isə Rusiyaya növbəti partiya satışı yekunlaşıb. Bunu virtualaz.org-a şirkətin direktor müavini Rəşad Rzayev bildirib. Onun sözlərinə görə, istixanada pomidor dekabrın sonu, yanvar ayının əvvəlində əkilir və məhsulun yetişməsi mart ayına qədər çəkir. Ona görə də, satış gələn aydan başlayacaq.

R. Rzayev həmçinin qeyd edib ki, şirkətə məxsus istixanada yetişdirilən pomidor yalnız Moskvanın “Foodcity” bazarına daşınır. Oradan hansısa sahibkarlar bölgələrə apara bilərlər.

Azərsun Holdinqə məxsus “Green Tech” MMC-nin istixanasında da pomidor yetişdirilir və Rusiyaya ixrac olunur. Lakin şirkətdən suallarımıza təfərrüatlı cavab ala bilmədik. Bildirdilər ki, telefonla açıqlama vermirlər, hər hansı məlumat almaq üçün ofisə yaxınlaşmaq lazımdır.

“Food Export Shemkir” MMC-yə məxsus istixanalardan da hazırda Rusiyaya az miqdarda pomidor ixrac olunduğunu öyrəndik. Şirkətin direktor müavini Fərid İslamzadənin virtualaz.org-a dediyinə görə, buna səbəb istixanalarda məhsulun yığımının yekunlaşmasıdır: “Pomidor məhsulu əkilib, bir də martın 15-dən sonra satışa çıxacaq. İndi Rusiyaya çox az miqdarda pomidor göndərə bilirik, təxminən 1-2 fura. Yığım başlayanda isə məhsulumuz bol olacaq. Təkcə Rusiyaya yox, Ukraynaya, Belarusa və digər ölkələrə də tərəvəz ixrac edirik. Pomidorun il ərzində ixracı təxminən 50-60 min tondur”.

Gözlənilən qiymət artımına gəlincə isə, F. İslamzadə o qədər də yüksək artım olacağını düşünmür: “Tərəvəz qiymətlərinin Rusiya bazarlarında pik vaxtı mart ayıdır. Həmin ərəfədə pomidorun kiloqramı maksimum 25-26 manata çata bilər. Ondan çox bahalaşma gözləmirəm”.

Xatırladaq ki, 2019-cu il ərzində Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor birinci olub. İl ərzində 189,3 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib ki, bunun da əsas idxalçısı (təxminən 90 faizə qədəri) Rusiya olub.

Həmçinin oxuyun

Suvarma şirkətini BNA ilə nə bağlayır: 3,6 milyonluq tender (SƏNƏD)

Bakı Nəqliyyat Agentliyi marşrut xətlərinin planlaşdırılması, qrafik üzrə idarə olunması üçün proqram təminatının alınmasına dair …