Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Kolumbiyada təyyarə qəzasında 20-dən çox jurnalist ölüb

Kolumbiyada təyyarə qəzasında 20-dən çox jurnalist ölüb

Kolumbiyada təyyarə qəzasında ölənlərdən 21-i jurnalistdir.

Bu barədə Braziliya Milli Jurnalistlər Federasiyasının yaydığı açıqlamada bildirilir.

“Ölən jurnalistlərin əksəriyyəti Rio-de-Janeyro, Santa Katarina və San Pauludandır, matçı işıqlandıracaq TV, radio və qəzetləri təmsil edən idman jurnalistikasının peşəkarları həlak olub”, – deyə açıqlamada bildirilir.

Qeyd edək ki, göyərtəsində Kolumbiyanın “Atletiko Nasional” klubu ilə oyuna yollanan Braziliyanın “Şapekoense” futbol komandasının olduğu təyyarənin qəzaya uğraması nəticəsində 75 nəfər ölüb, 6 nəfər sağ qalıb. Sağ qalanlardan üçü futbolçudur. (apa)

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın