Çərşənbə , İyul 24 2019
Ana səhifə / İqtisadiyyat / Klub prezidenti qol buraxan qapıçını döydü – Video

Klub prezidenti qol buraxan qapıçını döydü – Video

Futbol üzrə Yunanıstan Super Liqasında qeyri-adi hadisə baş verib.

AzVision.az xəbər verir ki, “AEL” qapıçısı Matias Deqra kobud səhvindən sonra klubun prezidenti tərəfindən döyülüb və klubdan qovulub.

Məlumata əsasən “İraklis”lə oyunda 2:1 hesabı ilə öndə olduğu vaxt Deqranın səhvinə görə “AEL” qələbəni əldən verib. Oyundan sonra futbolçular soyunub-geyinmə otağına gedən vaxt klub prezidenti 33 yaşlı argentinalı qapıçıya öz iradını bildirib. Bundan sonra prezident futbolçunun boğazından tutub və ona sillə vurub.

“AEL” klubunun yaydığı məlumata görə, Matias Deqra qəsdən top buraxıb və ona görə klubdan qovulub. Futbolçu baş verənlərə görə Şokda olduğunu bildirib: “Prezident mənə yaxınlaşanda onun mənə təsəlli verəcəyini düşünürdüm, lakin o başqa cür etdi”.

Qeyd edək ki, Matias Deqra 2015-ci ilin iyun ayından 2AEL”də çıxış edir.

Həmçinin oxuyun

CAHANGİR HACIYEVİN VURDUĞU ZİYAN NEÇƏ MİLYARDDIR? – “Aqrarkredit”dən açıqlama

“Beynəlxalq Bank işi” ilə bağlı uzun müddətdir davam edən məhkəmə prosesində bankın sabiq sədri Cahangir …

Bir cavab yazın