Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Klassik avtomobillər alternativ enerji ilə çalışanlarla əvəzlənir – Ekspert

Klassik avtomobillər alternativ enerji ilə çalışanlarla əvəzlənir – Ekspert

Texnika bütün sahələrdə rahatlığa doğru inkişaf etdikcə avtomobil sahəsinə də dəyişiklik hiss edilir. Artıq köhnə model avtomobillər yenisi ilə – alternativ enerji ilə çalışan avtomobillərlə əvəzlənir.

Moderator.az xəbər verir ki, iqtisadçı ekspert Rövşən Ağayev Çində alternativ enerji ilə çalışan avtomobillərin maraqlı statistikasını açıqlayıb. O, bildirib ki, “2018-ci ildə Çində alternativ enerji ilə çalışan avtomobillərin sayı əvvəlki ilin eyni dövrünə nisbətən 76% artıb. Doğrudur, hələlik ümumi satışın cəmi 5%-ni təşkil edib – satılan 19.3 mln. ədəd minik avtomobilinin cəmi 860 min ədədi alternativ enerj ilə işləyən avtomobillər olub. Amma artım sürəti fantastik dərəcədə yüksəkdir. Eyni zamanda, yeni nəsil avtomobillərin sürətlə artıdığı bir vaxtda klassik avtomobillərin sayında kəskin azalma var. Təkcə oktyabar ayında Çində bütün növ (yük avtomobilləri və avtobuslar da daxil) avtomobil satışı 1999-cu ildən bəri ən yüksək həddə azalıb – 12%. İllik ölçüdə azalma 0.06% təşkil edib.
Alternativ enerji ilə çalışan avtomobil sənayesi yaxın 5 ildə neft bazarının taleyini həll edəcək əsas faktorlardan biri olacaq. Bu məsələdə isə həlledici rol Çin və Hindistana məxsusdur.”

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …