Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Klanların savaşı: Spiker müavini də namizəd oldu

Klanların savaşı: Spiker müavini də namizəd oldu

Özbəkistan parlamentinin spiker müavini Sərvər Otamuradov da prezidentliyə namizədliyini irəli sürüb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Özbəkistan Mərkəzi Seçki Komissiyası yayıb. Otamuradovun namizədliyi Milli Oyanış Partiyasından irəli sürülüb.

Qeyd edək ki, Özbəkistanın Baş naziri Şövkət Mirziyayev də prezidentliyə namizədliyini verib. O, hazırda Özbəkistan prezidentinin səlahiyyətlərinin müvəqqəti icraçısıdır. Mirziyayev ölkənin boz kardinalı hesab edilən Özbəkistan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Rüstəm İnoyatov tərəfindən dəstəklənir. Baş naziri dəstəkləyənlər sırasında xüsusi yeri Rusiya tutur.

Hazırda Özbəkistanda 4 partiya fəaliyyət göstərir. Bunlar Özbəkistan Liberal Demokrat Partiyası (Şövkət Mirziyayevin namizədliyini irəli sürüb – red.), Milli Oyanış Partiyası, Özbəkistan Xalq Demokratik Partiyası və Ədalət Partiyasıdır.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın