Bazar , Oktyabr 25 2020
Ana səhifə / İqtisadiyyat / Kişilər üçün məsləhətlər: Daha gənc görünün və özünüzü daha gənc hiss edin!

Kişilər üçün məsləhətlər: Daha gənc görünün və özünüzü daha gənc hiss edin!

Biz əminik ki, kişiləin hamısı gənc görünmək və sağlam olmaq istəyirlər. Şəhər həyat tərzi xarici görünüşünüzəvə ümumi sağlamlığınıza qulluq etməyinizi tələb edir.
Yaşlanma əlamətlərini ləngitmək və əsl yaşınızdan daha gənc görünmək üçün ciddi sağlamlıq rejiminə tezliklə başlamalısınız.

Qısa həlli yolu tapmaq üçün səhifə ilə aşağı düşün!

Yeni saç kəsimi seçin

Bərbərəxanaya gedin və saçınızı yeni stildə kəsdirin. Şık saç kəsimi əldə edin və beş il ya da on il gəncləşdiyinizi kəşf edin! Bərbərinizlə məsləhətləşin ki, üz quruluşunuza ən çox yaraşan saç düzümü hansıdır? Sadəcə olaraq əmin olun ki, yaşınıza uyğun olan görünüşü axtarırsınız.

Qidaya əlavələr edin

Gənc görünməyin sirri daxilinizdən başlayır. Yəni qəbul etdiyiniz qida sizin xarici görünüşünüzün formalaşmasında böyük rol oynayır. Daima balanslı bir pəhriz saxlamaq üçün mədənizi bol protein və tərəvəz ilə təmin edə bilmirsiz. Lakin Kenta kimi qida əlavəsi ən yaxşı dostunuz olacaq. Kenta soya lobyası, şirin kartof və şirin yapışqan düyü kimi fermentləşdirilmiş tərəvəzlərdən hazırlanır. Bu formula sizin vücudunuzda olan “Human Groüth Hormon” (HGH) adlanan gənc hormonların təbii istehsalını stimullaşdırmaq üçün nəzərdə tutulmuşdur. Gündəlik olaraq qəbul edin və nəzərəçarpacaq dərəcədə gənc görünün. Daha qalın və parıltılı saçlar, parlaq cildə sahib olacaqsınız.

Sadə Dəriyə Qulluq vərdişlərinə yiyələnin

İnsanlar siz haqqda ilk təəssüratlarını sizin üzünüzdən alır. Buna görə də dərinizə böyük qayğı göstərməlisiniz.

Zamanınızın çoxunu yeyəcək qeyri-adi dəriyə qulluq üsullarına sərmayə qoymağa ehtiyac yoxdur. Alacağınız sadəcə olaraq üç keyfiyyətli dəriyə qulluq məhsulları: təmizləyici, günəşdən qoruyucu və nəmləndirici. Cildinizdən çirkləri təmizləmək, nəmləndirmək və günəşin zədələməsinə və vaxtından əvvəl yaşlanmasına qarşı qorumaq məqsədilə onları müntəzəm şəkildə tətbiq etmək vərdişinə yiyələnin.
Əlavə olaraq, skrab almaq və həftədə bir dəfə üzünüzü təmizləmək istəyərsiniz. Bu üsulla, üzünüzdə qalmağa meyilli olan ölü dəri hüceyrələrinin üst qatını təmizləyəcəksiniz. Ciddi bir dəriyə qulluq rejiminə keçməklə, dərinizin daha pak və daha da hamarlaşdığını görəcəksiniz. Üzünüzdə olan xəfif qırışlar də zaman zaman azalacaq.

Yeni rəngləri sınaqdan keçirin

Görünüşünüzü daha əyləncəli və canlı hala gətirməkçün parlaq rəngli geyimləri sınaqdan keçirin. Qara kimi tünd rənglər sizi həqiqi yaşınızdan daha yaşlı göstərə bilər. Bu gözlərinizin altındakı qara dairələri vurğulayır və üz cizgilərinizin daha pis görünməsini təmin edir.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …