Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Kirayə mənzil bazarında durğunluq — VİDEO

Kirayə mənzil bazarında durğunluq — VİDEO

İki həftəyə yaxındır, kirayə mənzil bazarında stabillik müşahidə edilir.

Belə ki, yayın sonlarında yaşanan canlanma durğunluqla əvəzlənib. Rieltorlar deyirlər ki, mənzillərə tələbat qışa doğru azalır. Ona görə də ötən ayla müqayisədə indi ev tapmaq daha asandır.

Ancaq mənzil kirayəsi bazarındakı durğunluq qiymətlərə təsir etməyib. Mənzillər elə yaydakı qiymətə təklif edilir.

Ekspertlər hesab edirlər ki, əgər mənzillərə tələbat azalmaqda davam etsə, qiymətin bir müddətdən sonra enməsi gözlənilir.
Ekspertlərin sözlərinə görə, hazırda bazarda istənilən qiymətə mənzil kirayələmək olar. Qiymətlər mənzillərin təmirindən və yerləşdiyi ərazidən asılı olaraq dəyişir. Statistikaya əsasən, ən çox tələbat ikiotaqlı mənzillərədir.

Rieltorlar deyirlər ki, əşyası ilə birlikdə təklif edilən mənzillər 50-70 manata qədər daha baha olur.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …