Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Kirayə bazarında vəziyyət necədir? – QİYMƏTLƏR

Kirayə bazarında vəziyyət necədir? – QİYMƏTLƏR

Paytaxtın kirayə bazarında qiymətlər stabildir. 

Bunu Qaynarinfo-ya açıqlamasında əmək məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. O, bildirib ki, bazarda qiymətlər əsasən tədris ilinin əvvəlində və sonunda dəyişir, hazırda isə hər iki mərhələ geridə qalıb: “Həmçinin şəhərin böyük hissəsində infrastruktur layihələri ilə əlaqədar xüsusən kirayə bazarında təklif portfelinin əsas hissəsini təşkil edən ərazilərdə, məsələn Sovetski, Yasamal və s. söküntü prosesi baş verdikdə qiymətlərdə dəyişiklik baş verir. Hazırda həmin ərazilərdə də söküntü prosesi müşahidə olunmur. Əgər yaxın gələcəkdə hansısa infrastrutur layihəsi ilə əlaqədar belə bir proses baş verərsə, yenidən bazarda qiymət dəyişməsi prosesi müşahidə edilə bilər. Amma indiki halda qiymətlər stabildir.

Daha çox bayram ərəfəsində əsasən şəhər mərkəzində gündəlik istifadəyə verilən mənzillərin qiymətində müəyyən artımlar baş verir, hazırda bu istiqamətdə də bazarda sabitlikdir”. Ekspert kirayə bazarında mənsil sayından, şəraitindən və yerindən asılı olaraq evlərin qiymətinə də aydınlıq gətirib. O, Paytaxtın mərkəzindən qiymətlərin həddən artıq yüksək olduğunu bildirib:
“Deməli şəhər ərazisində birotaqlı mənzillərin qiyməti minimum 250 manatdan başlayır. İkiotaqlı mənzillərdə qiymətlər mənzilin kommunal şəraitindən, eyni zamanda təsisatından asılı olaraq daha çox şəhər mərkəzindən kənar hissədə 300 manatdan başlayır, bəzi yerlərdə 600-700 manata qədər arta bilir. Üçotaqlı mənzillərin isə qiyməti 400-450 manatdan başlayır. Mərkəzi hissələrdə isə qiymətlər həddən artıq yüksəkdir. Tutaq ki, “28 May”, “Sahil”, “İçəri Şəhər” metrosunun ərazisinə düşən hissələrdə yeni tikililərdə ikiotaqlı mənzillər təqribən 800 manatdan, köhnə tikililərdə isə 650 manatdan başlayır”.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …