Ana səhifə / İqtisadiyyat / “Kimsə bizi dayandıra bilməz” – Ərdoğandan sərt mesaj

“Kimsə bizi dayandıra bilməz” – Ərdoğandan sərt mesaj

“Kimsə bizdən sakit duracağımızı, YPG, PKK, Əsəd və bu qüvvələri himayə edənlərin hərəkətlərinə dözəcəyimizi gözləməsin”

AzVision.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə baş verən hadisələrə münasibət bildirərkən deyib.

Ərdoğan ölkəsində baş verən terror hadisələrinə sakit qalmayacaqlarını bəyan edib.

Türkiyənin sərhədləri daxilində və xaricində baş verən hadisələri cavabsız buraxmayacaq. Bu, Türkiyənin qanuni müdafiə haqqıdır. Türkiyənin müdafiə haqqını kimsə əngəlləyə bilməz. Gərəkən ən sərt adddımlar atılacaq. Ürəyimizi ağrıdan terrorla bizi yolumuzdan döndərə bilməyəcəklər. Acımızı ürəyimzdə daşıyacağıq. Ancaq bunları cavabsız da buraxmayacağıq. Hər kəs ən sərt cavabını alacaqdır“,-deyə Ərdoğan qeyd edib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın