Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / İqtisadiyyat / Kimlərin maaşı nə qədər artdı? – 979, 1125 AZN…

Kimlərin maaşı nə qədər artdı? – 979, 1125 AZN…

Minimum aylıq əməkhaqqının 345 manata çatdırılması ilə bağlı olaraq Nazirlər Kabineti yeni Vahid Tarif Cədvəlini (VTC) təsdiq edib.

Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Prezidentin son sərəncamınadək ilk 4 dərəcə üzrə əməkhaqlar 345 manatdan aşağı idi və onlar 300-338 manat arasında dəyişir.

Yeni VTC-ə əsasən isə yalnız bir dərəcə üzrə əməkhaqqı minimum səviyyədə olacaq. Digər 18 dərəcə üzrə maaşlar minimum əməkhaqqı məbləğindən artıq yüksəkdir.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, artımlar aşağıdakı kimidir:

1-ci dərəcə üzrə: 300 manatdan 345 manatadək artım

2-ci dərəcə üzrə: 312 manatdan 359 manatadək artım

3-cü dərəcə üzrə: 325 manatdan 374 manatadək artım

4-cü dərəcə üzrə: 338 manatdan 389 manatadək artım

5-ci dərəcə üzrə: 353 manatdan 406 manatadək artım

6-cı dərəcə üzrə: 367 manatdan 422 manatadək artım

7-ci dərəcə üzrə: 383 manatdan 441 manatadək artım

8-ci dərəcə üzrə: 398 manatdan 458 manatadək artım

9-cu dərəcə üzrə: 415 manatdan 478 manatadək artım

10-cu dərəcə üzrə: 432 manatdan 497 manatadək artım

11-ci dərəcə üzrə: 450 manatdan 518 manatadək artım

12-ci dərəcə üzrə: 468 manatdan 538 manatadək artım

13-cü dərəcə üzrə: 487 manatdan 560 manatadək artım

14-cü dərəcə üzrə: 508 manatdan 584 manatadək artım

15-ci dərəcə üzrə: 528 manatdan 607 manatadək artım

16-cı dərəcə üzrə: 549 manatdan 632 manatadək artım

17-ci dərəcə üzrə: 604 manatdan 694 manatadək artım

18-ci dərəcə üzrə: 725 manatdan 833 manatadək artım

19-cu dərəcə üzrə: 979 manatdan 1125 manatadək artım.

“Yeni qərarla kimlərin əmək haqqları artırıldı?” sualına gəldikdə, deputat qeyd etdi ki, sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əmək haqqları artacaq.

“Yəni, əgər vətəndaşımız qeyd olunan sektorda çalışırsa, əməkhaqqısı VTC üzrə müəyyənləşirsə, o zaman onun əməkhaqqısı bu aydan etibarən artırılır”, – deyə o qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının 1 yanvar 2023-cü ildən 345 manata çatdırılması ilə əlaqədar Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə işləyənlərin tarif (vəzifə) maaşlarının da bu Sərəncama uyğunlaşdırılması üçün həmin işçilərin əməyinin ödənilməsinin yeni Vahid Tarif Cədvəlini təsdiq edib.

Əməkhaqları Vahid Tarif Cədvəli əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir.

19 pillədən ibarət yeni Cədvəldə ilk pillə üzrə əməkhaqqı 300 manatdan 345 manata çatdırılmaqla digər pillələrdə də maaşlar yeni artımlarla əks olunub.

Həmçinin oxuyun

DSMF bu şəxsdən daha bir ofis icarəyə götürdü – Bu dəfə 417 minə…

“Dövlət Sosial Müdafiə Fondu” (DSMF) Publik Hüquqi Şəxsi tərəfindən keçirilən daha bir tender müsabiqəsinin qalibi …