Şənbə , Noyabr 28 2020
Ana səhifə / İqtisadiyyat / Kim nə qədər maaş alır? – STATİSTİKA

Kim nə qədər maaş alır? – STATİSTİKA

2020-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 24,9 faiz artaraq 728,9 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3693,1 manat, qeyri neft-qaz sektorunda 663,7 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 625,9 manat, özəl müəssisələrdə isə 863,7 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Həmçinin oxuyun

Nöqsanlara yol vermiş sahibkarlar cəzalandırıldı

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda …