CHP lideri Kemal Kılıçdaroğlunun korteji atəşə tutulub.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hazırda partiya lideri təhlükəsizlik məqsədi ilə avtomobilində gözləyir. Atışmanın hələ də davam etdiyi bildirilir. Hadisə yerinə təcili yardım avtomobilləri çağırılıb.
Qeyd edək ki, Kılıçdaroğlu Artvinə yola düşürdü.