Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Keçmiş Misir prezidenti Hünü Mübarək azadlıqda

Keçmiş Misir prezidenti Hünü Mübarək azadlıqda

Keçmiş Misir prezidenti Hüsnü Mübarək (Hosni Mubarak) 6 illik həbsdən sonra martın 24-də azadlığa buraxılıb.

Almasryalyoum.com saytının vəkil Farid ad Dibə istinadla yaydıqları məlumata görə, Mübarək Qahirədəki evinə dönüb.

Bu barədə Rusiyanın Ria Novosti və TASS agentlikləri də məlumat yayıb.

2011-ci ilin qışında çevrilişlə hakimiyyətdən uzaqlaşdırılan Mübarək apreldə həbs olunub, 2012-ci ildə isə nümayişçilərin qətli və korrupsiya ittihamı ilə ömürlük həbsə məhkum edilmişdi.

Bir neçə məhkəmə prosesindən sonra bir sıra ittihamlar onun üzərindən götürüldü, bu il martın 2-də isə kasasiya məhkəməsi 88 yaşlı keçmiş prezidentə tam bəraət verdi. Martın 13-də isə Baş prokurorluq qərarı təsdiqlədi.

Bundan sonra hakimiyyətə seçki yolu ilə “Müsəlman qardaşları” hərəkatının lideri Mohammad Morsi gəldi.

Amma o da 2013-ci ildə ordu tərəfindən hakimiyyətdən uzaqlaşdırıldı və hazırda ölkəni indiki prezident Abdel Fattah al-Sisi idarə edir.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın