Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Keçmiş hərbçi üsyan etdi: ”Bağışlayın ki, sağ qayıtmışam”

Keçmiş hərbçi üsyan etdi: ”Bağışlayın ki, sağ qayıtmışam”

Rusiyanın Yekaterinburq şəhərinin mərkəzində sinəsini orden və medallar bəzəyən polkovnik-leytenant təkadamlıq piket keçirib.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, “Qara zanbaq” abidəsinin önündə dayanan şəxsin əlində saxladığı plakatda “Bağışlayın ki, sağ qayıtmışam” sözləri yazılıb. Yanındakı digər plakatda hərbi əməliyyatların iştirakçısı olması, tikinti şirkətindəki fırıldaqçılar tərəfindən aldadıldığı yazılıb.

Məlum olub ki, artıq iki ildən bəridir “Rubikon Aero-İnvest” şirkəti tərəfindən aldadılan təkcə hərbçi veteran yox, onunla birgə 96 nəfər sakindir. Onlar bu ilin mart ayının 17-də də piket keçirərək, şirkət tərəfindən dələduzluğa məruz qaldıqlarını bəyan etmişdirlər.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın