Bazar , Yanvar 17 2021
Ana səhifə / İqtisadiyyat / Kaxa Kaladze: “Qaz ehtiyatları ilə bağlı xəbər inandırıcı deyil”

Kaxa Kaladze: “Qaz ehtiyatları ilə bağlı xəbər inandırıcı deyil”

Gürcüstanın Kaxeti bölgəsində 3,8 trilyon kubmetr təbii qaz ehtiyatı olması barədə “Frontera” şirkətinin məlumatı inandırıcı deyil. Bu gün heç Türkmənistan və ya digər neft-qaz ölkələri bu qədər təbii qaz ehtiyatına malik deyil.

Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib.

Kaladze bildirib ki, bunun sübut olunması üçün milyardlarla investisiya lazımdır. Əgər bu proqnozlar təsdiqini taparsa vəziyyət tam dəyişər. Amma bunun da hansı nəticələr verəcəyini heç kim qabaqcadan proqnozlaşdıra bilməz. («Report»)

Həmçinin oxuyun

Azərbaycan düyü idxalını 17 % artırıb

Ötən il Azərbaycan 38,9 milyon ABŞ dolları dəyərində 56,9 min ton düyü idxal edib. “Report” Dövlət …

Bir cavab yazın