Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Kaxa Kaladze istefa verib

Kaxa Kaladze istefa verib

Gürcüstan hökumətinə iki yeni nazir təyin edilib.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Gürcüstanın kənd təsərrüfatı naziri vəzifəsinə Levan Davitaşvilini, energetika naziri vəzifəsinə isə İlya Eloşvilini təyin edib.

Məlumata görə, baş nazirin keçmiş müavini, energetika naziri Kaxa Kaladze və keçmiş kənd təsərrüfatı naziri Otar Danelia parlament seçkilərində iştirak etdiklərinə görə qanunla vəzifələrindən istefa veriblər.

Gürcüstan hökumətinin başçısı yeni təyin etdiyi nazirlər barədə müsbət fikir bildirib: “İlya və Levan özlərinin şəxsi keyfiyyətləri ilə fərqlənirlər. Mən fəxr edirəm ki, belə peşəkarları iki vacib posta təqdim edirəm. Onlara uğurlar arzulayıram. Həmçinin seçki prosesinə qoşulan nazirlərə də təşəkkürümü bildirirəm. Onların vacib tapşırıqları var və mən ümidvaram ki, onlar bu tapşırıqların öhdəsindən gələcəklər,” Kvirikaşvili bildirib.

Qeyd edək ki, Kaxa Kaladze hökumət işinə 2012-ci il parlament seçkilərində “Gürcü Arzusu”nun qələbəsindən sonra başlayıb. O, partiya siyahısında birinci olub. Otar Danelia isə kənd təsərrüfatı naziri vəzifəsinə 2014-cü ildə təyin olunub. (APA)

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın