Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / İqtisadiyyat / Kardaşyan ərini evdən qovdu – Ondan boşanır

Kardaşyan ərini evdən qovdu – Ondan boşanır

TV ulduzu Kim Kardaşyan və reper Kanye West boşanır.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə ABŞ-ın “Radaronline” qəzeti məlumat yayıb.

İddiaya görə, Kardaşyanın sosial şəbəkələrdə daha çox diqqət çəkmək üçün son zamanlar övladından istifadə edir.

Kardaşyanın “Snapchat” sosial şəbəkəsində qeydiyyatdan keçməsi cütlük arasında gərginliyin daha da artmasına səbəb olub.

35 yaşlı TV ulduzu sözügedən şəbəkədə qızı North West videolarını yaymağa başlayıb.

2 yaşlı North “Snapchat”dan qorxduğunu, davamlı olaraq videolara çəkilmək istəmədiyini söyləyib. Kardaşyanın zorla qızını videolara çəkməsi həyat yoldaşını hövsələdən çıxarıb.

Cütlük arasında soyuq küləklərin əsməsi barədə daha bir iddia isə Kanyenin keçmiş sevgilisi ilə əlaqədardır.
West eks-sevgilisi Amber Roseyə “striptizçi” deməsi gərginliyi daha da artırıb.  Amber isə cavabında Kardaşyana söz atıb.

TV ulduzu buna əsəbiləşərək həyat yoldaşının hələ də keçmiş sevgilisini unutmadığını söyləyib, bu səbəbdən evdən qovduğu qeyd olunub.

Kim Kardaşyanın bu qalmaqallardan bezdiyi üçün boşanmaq qərarına gəldiyi iddia olunur.

Həmçinin oxuyun

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 126 milyon manat zərərdə

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2019-cu ili 56,166 milyon manat xalis zərərlə başa vurub. …

Bir cavab yazın