Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Karantin rejimi dövründə fermerlərin hərəkəti necə tənzimlənəcək? – VİDEO

Karantin rejimi dövründə fermerlərin hərəkəti necə tənzimlənəcək? – VİDEO

Nazirlər Kabineti kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinin təşkili ilə bağlı təlimat qəbul edib.  

Sənədə əsasən, fermerlərin xüsusi karantin rejimi qaydalarına riayət etməklə təsərrüfat fəaliyyəti ilə məşğul olması sərbəstdir. Bəs fermerlərin kənd daxilində, rayon daxilində və rayonlararası hərəkəti necə tənzimlənəcək?  

Kənd Təsərrufatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov deyir ki, Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qərara əsasən, fermerlərin kənd daxilində təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün hərəkəti sərbəstdir. Əgər fermerin təsərrüfat işləri ilə əlaqədar başqa kəndə, rayon mərkəzinə getməsi labüddürsə, bunun üçün yerli icra hakimiyyəti orqanının ərazi icra nümayəndəliyindən müvafiq arayış almalıdır.  

Fermerlərin rayonlararası hərəkəti isə Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən arayış ilə tənzimlənir. Mexanizatorlar, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermer, tədarükçü, təchizatçılar DAİM-dən aldıqları arayış əsasında rayonlararası hərəkət edə biləcəklər.  

Bakı və Sumqayıt şəhərlərində yaşayan, lakin rayonlarda təsərrüfatları olan, mövsümlə əlaqədar təsərrüfatlara getməli olan vətəndaşlar isə bunun üçün Aqrar Xidmətlər Agentliyi və Qida Təhlükəsizliyi Agentliyindən birgə arayış almalıdır.  

Vətandaşları düşündürən digər sual isə kənd təsərrüfatı sektorunda çalışan şəxslərin hərəkətinin təşkilinə nəzarətin necə həyata keçirilməsi ilə bağlıdır.  

Nazirlik rəsmisi bildirir ki, Nazirlər Kabinetinin qəbul etdiyi təlimatın qaydalarını pozan əməkdaşları intizam məsuliyyətinə cəlb olunacaqlar.  

“Təlimatda nəzərdə tutulmuş qaydada hərəkətin təşkili, habelə hərəkət zamanı xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Bu Təlimatın tələblərinə əməl etməyən Dövlət Aqrar İnkişaf Agentliyinin və Aqrar Xidmətlər Agentliyinin əməkdaşları barədə şəxslər Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə (1652) müraciət edə bilərlər. Eyni qaydada, təlimatın tələblərini pozan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları barədə bu qurumun Çağrı Mərkəzinə, təlimatın tələblərinə əməl etməyən Daxili İşlər Nazirliyinin əməkdaşları barədə isə şəxslər Nazirliyin 102 Zəng Mərkəzinə müraciət edə bilərlər. Müraciət əsaslı hesab olunduqda, bu hal əməkdaşın intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas sayılır”, – deyə Vüqar Hüseynov bildirib.  

Süjeti izləyək: 

Həmçinin oxuyun

Dövlət Neft Fondunun aktivləri bir rübdə 2 %-dən çox artıb

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 57 milyard 372,8 milyon ABŞ dollar …