Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / İqtisadiyyat / Karantin cərimələri büdcəyə daxil olacaq

Karantin cərimələri büdcəyə daxil olacaq

Karantin rejiminin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil edilib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nda dəyişiklik edib.

Belə ki, indiyə qədər sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil idisə, bu sıraya karantin rejiminin pozulması da daxil edilir.

Dəyişikliyə əsasən, bundan sonra epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil olacaq.

Həmçinin oxuyun

Nazirlər Kabineti 2021-ci il üçün prioritetləri müəyyənləşdirdi — FOTO

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyevin sədrliyi …