Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “Kara Sevda”nın Tarıkı serialın bitmə tarixini açıqladı – VİDEO

“Kara Sevda”nın Tarıkı serialın bitmə tarixini açıqladı – VİDEO

ARB TV-nin “Türk şou-maqazin” verilişinin qonağı olan türkiyəli aktyor Rüzgar Aksoy maraqlı açıqlamalar verib.

O, “Kara Sevda” serialından və serialdakı rolundan bəhs edib:
“Çəkilişlərə başımız qarışıb. Çox yaxşıdır hər şey. Sezon sonuna kimi davam edəcəyik. Reytinqlər də yaxşıdır. Rejissorumuz da əla insandır. Həftənin 4-5 günü çəkilişlərimiz olur. Son serialar bir az daha həyəcanlı olur. Çəkilişlərdə bir az zədələndim. Onurğa sütunumda yırtıq meydana gəlib. Serialın bitib-bitməməsi barədə danışmaq tezdir. Hekayədən yeni ssenarilər çıxara bilsələr, uzatmaq alınsa, yeni sezonda da ola bilərik. Yeni təkliflər alıram, amma “Kara Sevda” serialında oynayıram deyə, qəbul etmirəm”.

Daha sonra aktyor sosial şəbəkələrdən istifadə etməsi ilə bağlı da danışıb:
“Məcburən istifadə edirəm. Bizim işdə lazımlıdır. Amma mən yox, bir nəfər var o, baxır. PR işlərinə həmin adam baxır. Əsasən məndən serialın sona çatıb-çatmayacağı ilə bağlı suallar ünvanlayırlar. Serial bitsə də, bu sezon bitəcək, çünki sezon sonunda bütün seriallar bitir. Yeni sezona başlayıb-başlamayacağı isə fasilədə müəyyən olunur. 15 iyun-1 iyul aralığında serial bitəcək. Sosial şəbəkələrdə eşq elan edirlər. Amma deyək ki, Ancelina Coli kimi bir qız sənə eşq elan edir, girib şəkilinə baxıb, bəyənsən, onu screeshot edib paylaşır. Bu, təhlükəlidir. Sevgilim olduğu üçün hesabımı o, idarə edir”.

Rüzgar Aksoy sonda Azərbaycan haqda da söhbət açıb:
“İlk növbədə çox istiqanlısınız. Arada çəkiliş meydançamıza gələnləriniz olur. Elə vaxt olur 5 saat gözləyirsiniz. Hətta bəzilərinizlə oturub çay içib, söhbət etmişdik. Hamınız onlara bənzəyirsinizsə, çox qiymətli insanlarsınız. Buradan sizə salam göndərirəm, öpürəm”.

 

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın