Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Kandil dağına 60 ildən sonra İran bayrağı sancılıb

Kandil dağına 60 ildən sonra İran bayrağı sancılıb

Kandil dağının İrana aid hissəsinə 60 ildən sonra İran bayrağı sancılıb. Bunu İran İnqilab Keşikçiləri Qvardiyasının komandirlərindən biri Sərdar Şəkuri bildirib.
Onun sözlərinə görə, İranın sərhəddə təhlükəsizliyini təmin etmək məqsədi ilə keçirilən hazırlıqları uğurla başa çatıb.
Kandil dağının böyük bir hissəsi İraq ərazisində, qalanı isə İranda yerləşir.
Qeyd edək ki, terrorçu PKK qruplaşmasının İrandakı qolu olan PJAK və “Komil”in qanunsuz silahlı dəstələri ilə İslam Respublikasının hərbçiləri arasında uzun illərdir silahlı qarşıdurma mövcuddur. 2011-ci ildə PJAK-la İran hərbçiləri arasında atışma bir neçə ay davam etmiş, bundan sonra rəsmi Tehranla terrorçu PKK arasında atəşkəsə dair razılıq əldə edilmişdi. (Modern.az)

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın